Modern.az

Erməni deputat oliqarxları Qərb və Putinlə qorxutdu

Erməni deputat oliqarxları Qərb və Putinlə qorxutdu

Təhsil

4 Dekabr 2014, 21:05


“Erməni deputat-oliqarxlar qoy rusiyalı həmkarlarının üzləşdikləri  tale haqda düşünsünlər”. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu dekabrın 4-də “İrs” Partiyasından olan deputat Zauri Postandjyan ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı müqavilə səsverməyə çıxarılmazdan əvvəl deyib. O, əlavə edib ki, parlamenti bu anda bütün dünya erməniləri izləyirlər:

“Qərbə, Avropaya və ABŞ-a tez-tez yolu düşən deputat-biznesmenlər xüsusi izlənilir. Sizə deyirəm ki, izlənilən adamlar diqqətli olmalıdırlar. Əgər onlar “hə” desələr, Qərbin qapıları üzlərinə bağlana bilər”.

Postandjyan Qərbdən sonra Putinə keçib: “Onlar qoy yada salsınlar ki, rusiyalı həmkarları, oliqarxlar üçün nə hazırlanıb. Nə, məsələn, Yevtuşenkovla nə baş verib?” Postandjyanın çıxışını davam etdirməsinə spiker Qalust Saakyan imkan verməyib. Nəticədə 103 deputat “hə” deyib, 7-si əleyhinə olub, 1 nəfər bitərəf qalıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı