Modern.az

BMT Obamanı insan haqlarına hörmət etməyə ÇAĞIRDI

BMT Obamanı insan haqlarına hörmət etməyə ÇAĞIRDI

Təhsil

4 Dekabr 2014, 22:58


BMT-nin baş katibi Pan Gi Mun ABŞ hakimiyyətini  qaradərili gənci öldürən polisə bəraət verilməsinə görə etiraz edən vətəndaşların hüquqlarına hörmət etməyə çağırıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Pan Gi Mun ABŞ hüquq-mühafizə orqanlarını etiraz edən vətəndaşlara böyük məsuliyyətin tələbləri çərçivəsində davranmağı təklif edib.  

Bu barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarik məlumat verib.

Qeyd edək ki, 9 avqustda  Missuri ştatının Ferqyuson şəhərinin polis bölməsinin əməkdaşı Darren Vilson qaradərili Maykl Brounu odlu silahla öldürüb. Polis əməkdaşının məhkəmədə bəraət alması isə Ferqyusonda kütləvi etirazlara səbəb olub. Həmin polis isə artıq vəzifəsindən istefa verib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı