ATV televiziyasının müxbirləri Körfəz körpüsündə özünü atmaqla intihar etmək istəyən bir adamın əlinə mikrofon verib canlı yayım əlaqəsi yaradanda, o anda ekranda olan aparıcı Zahide Yetiş çaşbaş qalaraq nə edəcəyini bilməyib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, intihar cəhdinin baş verdiyi zaman körpüdən keçən ATV müxbirləri, intihar etmək istəyən şəxsin əlinə mikrofon verib özünü canlı yayıma bağlayıb.
Bu zaman canlı yayım proqramı aparan Zahide Yetiş də bir anda qarşısında intihar etmək istəyən adamı görəndə nə edəcəyini bilməyib. İntihar etmək istəyən adama "Niyə intihar edirsən" deyə soruşan Yetiş, onu intihar etməməsi üçün inandırmağa çalışıb.
Modern.az