Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş müşaviri Etyen Mahçupyanın yeni açıqlamaları iqtidardakı Ədalət və İnkişaf Partiyasının qəzəbinə səbəb olub. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il dekabrın 17-də aralarında nazir övladları ilə yanaşı, iş adamı Əli Ağaoğlu, tanınmış müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrabın da olduğu “böyük rüşvət” qalmaqalına toxunan erməni müşavir Ədalət və İnkişaf Partiyası üzvlərinin də bu rüşvət işində əli olduğunu bildirib. Bundan qəzəblənən partiya üzvləri isə Əhməd Davudoğluna müraciət edərək köməkçisini işdən çıxartmasını tələb ediblər.

Modern.az