Modern.az

“Bəzi QHT-lərin ağılsız hərəkəti onların şəxsi və qrup maraqlarını dövlət və milli maraqlardan üstün tutmalarından qaynaqlanır"

“Bəzi QHT-lərin ağılsız hərəkəti onların şəxsi və qrup maraqlarını dövlət və milli maraqlardan üstün tutmalarından qaynaqlanır"

Təhsil

5 Dekabr 2014, 12:50

Faktiki olaraq, ABŞ özünün beynəlxalq münasibətlər sistemində hegemon rolunu bir sıra hallarda təcavüzkar dairələri stimullaşdırmaqla həyata keçirir. Ona görə də həmin QHT-lərin ölkədə fəaliyyət göstərmək istədiyi bu platformanın insanların hamısının gözündə saxta olduğu üzə çıxır. Bəllidir ki, onların mübarizəsi heç də vətəndaş hüquqları deyil, siyasi azadlıqların bərqərar olunması ilə bağlana bilməz. Ən başlıca məsələ bir dövlətin nüfuz dairəsi və marağını başqa ölkə içərisində qorumaqdır. Onlara da təsir agentləri deyilir. İspaniya diktatoru Frankonun hakimiyyəti illərində dörd kolonla savaşan dövlətin 5-ci kolon kimi oradakı maraq qruplarına necə deyilirdisə, indi də, başqa bir interpretasiyada müxtəlif ölkələr içərisində belə qurumları görməkdəyik. 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət vəliki Fərəc Quliyev düşünür ki, bəzi QHT-in bu ağılsız hərəkəti onların şəxsi və qrup maraqlarını dövlət və milli maraqlardan üstün tutmalarından qaynaqlanır: "Bəzi dövlətlər «soyuq müharibə»dən sonra bir sıra digər ölkələrdə zərərli və heç kimin də irad tuta bilmədiyi vəziyyətdə müəyyən işlər etmək istəyirlər. Daha çox demokratik don geyindirilən formada hansısa dövlətlər öz mənafelərini üstün vəziyyətə gətirmək üçün müəyyən işlər görməyə çalışırlar. Bu, bəzi vaxtlarda kəşfiyyat və hərbi yolla olurdusa, indi daha rahat üsul tapmaq haqqında düşüncələr gündəmdədir. Bu da yerli əhalinin əli ilə, onların təşkilatlanması yolu ilə edilir. Yerlərdə qafası yuyulmuş insanlardan istifadə etmək, nəyinsə əvəzində insanları öz dövlət və millətinə qarşı qoymaq üçün müəyyən qruplar yaratmaq lazım gəlir ki, onları da sahmana salmaq, maliyyə vermək üçün QHT-dən istifadə olunur. Sırf siyasi yönümlü və başqa pərdə adı altında gizlənib ölkə daxilində ziqzaqlar yaratmaq istəyənlər var və onların da çoxu Azərbaycana dost olmayan dövlətlər tərəfindən yaradılır. Məqsəd də həmin dövlətlərin maraqlarını burada üstün vəziyyətə gətirməkdən, özlərinə sadiq qüvvələri iş başına gətirmək, gələcəkdə özləri üçün onları çalışdırmaqdan ibarətdir. Təəssüf ki, bir qrup insanlar bilərəkdən, bir qrup da bilməyərək baltalara sap olur. Görünür ki, bəzi QHT-in şəxsi və qrup maraqları dövlət maraqlarını üstələyir. Həmçinin, dövlətlər belə işlərə iradəcə zəif, maddi qaynaq, gələcəkdə vəd olunan post qarşısında mövqelərini satan, milli maraqları düşünməyən insanları seçirlər. İndi onlar qrant adı altında işlədilir. Belə məsələlərdə əsas olan insanın zehniyyətidir. Göründüyü qədər millət və dövlətinə bağlı olmayan adamlar burada daha çox iştirak edir. Hakimiyyət hərisliyi güdən və onu hədəf kimi götürən insanlar həmin baltalara sap olurlar. Milli Məclisdə son zamanlar QHT-lə bağlı bir çox qanunlar qəbul olundu, bəzi düzəlişlər edildi. QHT-lərin aldığı qrantların mənbəyi, məqsədləri məlum olmalıdır. Məlum olub ki, milyonlarla dollar qrant alan QHT-lər var və onların da məqsədi heç də Azərbaycanın xeyrinə çalışmaq deyilmiş. Hesab etmirəm ki, demokratiya adı altında ölkədə xaos yaradılmalıdır. Qanunda edilən dəyişikliklərə ciddi əməl olunmalıdır ki, qrantların mənbəyi məlum olsun və QHT-in işləri şəffaflığı ilə seçilsin. Belədə ölkə əleyhinə fəaliyyət göstərən istənilən QHT qanunun imkan verdiyi şəkildə sərt cəzalanmalıdır. Milli maraqlar hər şeydən üstündür, onun əleyhinə olan hər kəs və hər əməl təbii ki, cəzalandırılmalıdır”.

Rüfət NADİROĞLU  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı