Modern.az

Görmə qabiliyyətini itirmiş uşaqlara dəstək

Görmə qabiliyyətini itirmiş uşaqlara dəstək

Təhsil

5 Dekabr 2014, 13:55


Bu gün Gənc Ana və Uşaqların Maarifləndirmə İctimai Birliyi tərəfindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bilavasitə maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və TİKA-nın Bakı Ofisinin əməkdaşlığı çərçivəsində görmə qabiliyyəti məhdud və itirilmiş uşaqlar üçün Dil kursları və İnformasiya Mərkəzinin yaradılması layihəsi həyata keçirilib. Modern.az xəbər verir ki, layihə ilə bağlı öz fikirlərini bildirən deputat İlham Məmmədov və Məlahət İbrahimqızı belə layihələrin həyata keçirilməsini müsbət qiymətləndirmiş, gələcəkdə də bu layihələrin davam etdirəcəklərini bildiriblər. Eyni zamanda Məlahət İbrahimqızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə layihənin həyata keçirilməsi üçün verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, layihənin əsas və son məqsədi görmə qabiliyyəti məhdud və itirilmiş uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasına dəstək vermək idi. Belə uşaqların sağlam uşaqlarla davamlı ünsiyyətini təşkil edərək cəmiyyətdə mövcud olan stiqmanın aradan qalıdırılması üçün layihədə nəzərdə tutulan Mərkəz Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasında yaradılıb. Mərkəzdə gələcəkdə davamlı fəaliyyət göstərəcək və işləyəcək mütəxəsisslərə yerli və Türkiyədən olan ekspertlər tərəfindən treyninqlər keçirilib, gələcəkdə lazım olacaq materiallar hazırlanıb. Əsasən Bakının Mərkəzi rayonlarını əhatə edəcək bu mərkəz görmə qabiliyyəti məhdud və ya itirilmiş 50 uşağa xidmət edəcəksir. Belə bir layihə ilk dəfə olaraq həyata keçirilib. 



Ulduz İBRAHİMOVA

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı