Modern.az

Rusiyada 41 nəfəri öldürən terrorçulara hökm oxunub

Rusiyada 41 nəfəri öldürən terrorçulara hökm oxunub

Təhsil

5 Dekabr 2014, 13:57

Ötən ilin dekabrında Volqoqradda 41 nəfərin ölümü, 50-dən artıq insanın yaralanması ilə nəticələnən terror aktlarının iştirakçılarına hökm oxunub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda və Volqoqradda özlərini partladan kamikadzelərə yardımçı olmaqda təqsirli bilinən Əlauddin Dadayev və İbrahim Maqomedov cəzalarını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum ediliblər. Maqomednəbi və Tahir Batirov qardaşları isə kamikadze qadınları hadisə yerinə gətirməkdə təqsirli bilinərək 3 il 10 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İstintaq müəyyən edib ki, Dadayev və Maqomedov qanlı hadisənin icraçılarını öz evlərinə saxlayaraq onlara heksogen trotil tərkibli partlayıcı maddə hazırlamaqda yardımçı olublar. Batirov qardaşları isə terrorçuları otla dolu olan yük maşınında Dağıstandan Volqoqrada gətiriblər.

2013-cü ilin dekabrında bir neçə gün intervalla baş verən 2 terror aktı zamanı 41 nəfər həlak olub, 5-dən artıq insan xəsarət alıb.



Modern.az    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı