ABŞ-ın Atlanta şəhərində qeyri-adi siam əkizləri anadan olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, əkizlər ortaq ürək, əl və ayaqlarla doğulublar. Tibb ekspertləri, adətən belə əkizlərin ölü doğulduğunu bildirir və son hadisənin bu mənada xoş istisna təşkil etdiyini deyirlər.
“Doğuş bitdi, uşaqlar özlərini yaxşı hiss edir və ikisi də gözləri açıq ağlayırlar”-deyə əkizlərin anası Robin Hambi Facebook səhifəsində yazıb. Amerikanın Alabama ştatının sakinləri olan Mayk və Robin Hambi ümumi ürək və qan dövranı sistemi olan uşaqlarının bir-birindən əməliyyatla ayrılmasının mümkün olmadığını deyiblər.Siam əkizləri dünyadakı hər 200 min doğuşdan birində qeydə alınır. Əksər halda belə körpələr sağ qala bilmir, 50 faiz halda isə onlar ölü doğulurlar. Siam əkizlərinin 35 faizi yalnız 1 gün yaşaya bilirlər. Hazırda siam əkizləri həkim nəzarəti altındadırlar.
Modern.az