Modern.az

Osman Kazımovdan Rauf Arifoğluna CAVAB: "Yurdçu olmaq təhqir deyil"

Osman Kazımovdan Rauf Arifoğluna CAVAB: "Yurdçu olmaq təhqir deyil"

Təhsil

5 Dekabr 2014, 14:59

ANS televiziyasının “Xəbərçi” proqramında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə Əli Kərimli arasında yaranan məlum qalmaqal AXCP-Müsavat davası kimi xarakterizə edilib. Müsavat başqanının müavini Osman Kazımov isə sosial şəbəkələrdə bildirib ki, Rauf Arifoğlu ilə AXCP arasındakı qovğa Müsavat Partiyasının adına çıxarılmamalıdır.

Rauf Arifoğlu isə cavabında deyib ki, Osman Kazımov “Böyük Yurdçu”dur.  

Məsələyə Müsavat başqanının müavini Osman Kazımov yenidən aydınlıq gətirib. O, Modern.az saytına açıqlamasında bildirib ki, fikirlərini Rauf Arifoğlu düzgün anlamayıb:

“Mənim iradım Rauf Arifoğlu və Əli Kərimli arasında olan münaqişə ilə bağlı ANS-in yayımladığı süjetə idi. Demişəm ki, ANS böhtan xarakterli məlumatlar yayır. Mövzu  Əli Kərimli ilə Rauf Arifoğlu arasında yaranan münaqişədir, amma ANS bunu AXCP-Müsavat davası kimi qələmə verir. Mən demişəm ki, ANS-in belə etməsi düzgün deyil və Müsavat Partiyası münaqişənin olmasını istəmir. Ola bilsin ki, Rauf Arifoğlu mənim yazdıqlarımı diqqətlə oxumayıb. İndi Rauf Arifoğlu mənə yurdçu deyir. Deyib-deyib də, bu təhqir deyil ki. Bu, onun şəxsi fikridir”.

“Lakin AXCP üzvləri, rəsmiləri Müsavat Partiyasını da hakimiyyətlə əməkdaşlıqda ittiham edir, buna nə deyirsiniz” sualına isə Osman Kazımov belə cavab verib:  

“Müsavatla AXCP arasında münasibətlərin müəyyən məqamlarda gərginləşməsi normaldır. Hətta bəzən Ana Vətən Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında da fikir ayrılıqları yaranır. Siyasi mübarizə varsa, çəkişmə də, möhkəmlənmə də, əməkdaşlıq da olacaq”.  

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı