Modern.az

“Aşıq Şəmşir” Mədəniyyət Ocağından Martin Şultsun çıxışı ilə bağlı bəyanat

 “Aşıq Şəmşir” Mədəniyyət Ocağından Martin Şultsun çıxışı ilə bağlı bəyanat

Təhsil

5 Dekabr 2014, 15:31

Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti saxta informasiyalarla dolu və qərəzli çıxışını üstəqil dövlətimizin daxili işlərinə qarışmaq cəhdi  kimi qəbul edir və buna öz qəti etirazımızı bildiririk.

Dünyaca nüfuzlu bir təşkilatın prezidenti olan Martin Şults Avropa Parlamentinin əhatə etdiyi bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə ölkəmiz haqda həqiqətə uyğun olmayan, hansısa maraqlara hesablanmış fikirləri ilə diqqət çəkir. Noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında səsləndirdiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq deməkdir. Bu çıxışı ilə M.Şults Azərbaycanda, insan hüquq və azadlıqlarına guya əməl edilməməsi mənzərəsini yaratmağa cəhd edib. Haqqında bəhs etdiyi şəxs Azərbaycan qanunlarına uyğun olaraq bir Azərbaycan vətəndaşı kimi saxlanılıb və konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunub. Azərbaycan dövlətinin daxili işinə qarışmaqla bu şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və Azərbaycana qarşı qərəzli siyasi mövqeyini ortaya qoyur.

Bugünə kimi M.Şults heç bir nitqində Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun söz açmayıb, cinayətkar ermənilərin qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. İşğaldan ötən uzun müddət ərzində heç bir vaxt təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında fikir səsləndirməyib. Bu onu göstərir ki, Şults və digərlərini  bir milyondan artıq vətənindən didərgin olan Azərbaycan vətəndaşını qətiyyən narahat etmir. Buradan belə bir qənaətə gəlmək olar ki, Avropa Parlamentinin prezidenti bütün cəhdləri ilə bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərə, sivilizasiyalararası dialoqun dərinləşdirilməsi, dünyamızda humanitar fəlakətlərin birgə çözümü istiqamətində Azərbaycanın ortaya qoyduğu qətiyyətli mövqeni gözdən salmağa və bununla da dünya ictimaiyyətinin fikrini Xocalı, Ağdaban kimi ermənilərin törətdiyi faciələrdən, Ermənistanın Azərbaycan torpaqlarını işğal faktından uzaqlaşdırmağa çalışır.

Biz, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş və bu gün “Aşıq Şəmşir” Mədəniyyət Ocağlı İctimai Birliyi ətrafında birləşən yüzlərlə insan M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik.

 

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı