Modern.az

Lavrovdan Kəlbəcər girovları ilə bağlı AÇIQLAMA

Lavrovdan Kəlbəcər girovları ilə bağlı AÇIQLAMA

Təhsil

5 Dekabr 2014, 15:36


“Rusiya əvvəlki illərdə olduğu kimi Azərbaycana və Ermənistana Dağlıq Qarabağ probleminin nizama salınması istiqamətində məqbul olanları tapmaqda kömək edəcək”.

Modern.az saytının İTAR-TASS-a istinadən verdiyi məlumata görə bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT xarici işlər nazirlərinin şura iclasında keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə Dağlıq Qarabağ probleminin tənzimlənməsi çoxdankı və mürəkkəb prosesdir.

“Əminəm ki, bizim partnyorlarımız olan ABŞ və Fransa da problemin həllinə köməklik edəcək”,-deyə Rusiya XİN rəhbəri bildirib.   Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Rusiya ABŞ və Fransa ilə birlikdə problemin həlli istiqamətində vahid məxrəcə gəlmək üçün ərazi bütövlüyü, güc tətbiq edilməməsi və öz müqəddəratını təyin etmək prinsipi praktikasından istifadə edir.  

Sergey Lavrov erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı da açıqlama verib. Nazir xatırladıb ki, 2010-cu ildə Həştərxan sammitində Azərbaycan və Ermənistan prezidentləri girovların mübadiləsi mexanizminin yaradılması barədə sənədə imza atmaqla öhdəlik götürüblər. “Ümid edirəm ki, bu sənəd təmas xəttində  tərəflərin praktiki addımlarının gətirib çıxaracaq”.  

Aqşin Kərimov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı