Modern.az

Kəlbəcərli girovların ailələrinə ev verilir

Kəlbəcərli girovların ailələrinə ev verilir

Təhsil

5 Dekabr 2014, 15:40

İşğal altındakı torpaqlarımızda girov düşən soydaşlarımızın ailələrinə yeni mənzil verilməsi barədə prezident İlham Əliyev baş nazirin müavini, Qaçqın və Məcburi Kökünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova tapşırıq verib.

Modern.az Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun ailəsi ilə əlaqə saxlayıb.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov buna görə prezidentə dərin təşəkkür etdiyini bildirib: “Sağ olsunlar, cənab İlham Əliyev başqa olmaqla dövlət rəsmiləri vaxtaşırı bizimlə maraqlanır. Amma mənə ev yox, atam lazımdır”.

Şahbaz Quliyevin bacısı oğlu Ramiz bu haqda məlumatsız olduğunu söyləyib.

Həsən Həsənovun qardaşı Nail Həsənov bu haqda Prezidentin göstərişindən xəbərdar olduğunu, evin harada və nə vaxt veriləcəyinin isə hələ müəyyənləşdirilmədiyini bildirib.

Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub. 

Ermənilərin təxribatçı adlandırdığı  Şahbaz Quliyev və Dilqəm Əsgərov bir neçə qondarma maddə ilə ittiham olunurlar. Erməni tərəfi azərbaycanlı girovların "məhkəmə"sinin "hakim" Anatoli Tadevosyan sədrliyi ilə bir neçə dəfə keçirilib. Artıq "məhkəmə" prosesləri yekunlaşmaq üzrədir.

Gülşən RAUFQIZI 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı