Modern.az

Nazirliyin fotoqrafı İngiltirədə müsabiqənin qalibi oldu - FOTO

Nazirliyin fotoqrafı İngiltirədə müsabiqənin qalibi oldu - FOTO

Təhsil

5 Dekabr 2014, 16:02

Gənclər və İdman nazirliyinin fotoqrafı Dilavər Nəcəfov İngiltərənin nüfuzlu Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş  “Azərbaycan idmanı- fotokamerada” müsabiqəsinin  birincisi olub.

Qeyd edək ki, Dilavər Nəcəfova qalibiyyəti  Pekində keçirilmiş 29-cu Yay Olimpiya Oyunlarında gimnastımız Aliyə Qarayevanın lentlə çıxışını əks etdirən foto gətirib.

TEAS: “Dilavər Nəcəfov Azərbaycanın məşhur fotoqraflarından biridir. Uşaqlıq illərdindən foto sənətinə böyük maraq göstərən Dilavər Nəcəfov, 20 ildən artıqdır ki, Gənclər və idman naziriyində çalışır. ”

Qeyd edək ki, müsabiqənin əsas məqsədi  2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının təbliğatı  olub. Qalib gəlmiş 70-dən artıq foto Avropanın bir sıra ölkələrində sərgilərdə nümayiş olunacaq.

İkinci yeri Fransalı fotoqraf Paul Robion, 3-cü yeri isə  Azərbaycanlı fotoqraf Rufat Abbas tutub.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı