
Rusiyanın ilk prezidenti Boris Yeltsinin 33 yaşlı nəvəsi, “Vayd Vyu Development” şirkətinin sahiblərindən biri nəvə Boris Moskva ətrafındakı Dmitrovsk rayonunda 450 hektar sahədə yeni dağ-xizək mərkəzinin tikintisini planlaşdırır. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yaxın bir neçə ildə ərazidə dağ-xizək mərkəzi, çoxfunksional tibb mərkəzi, aqroturistik kompleks, ofis və sərgi mərkəzləri tikiləcək.
İlkin mərhələdə ümumilikdə, 736 nömrədən ibarət 7 tematik mehmanxanın: kənd oteli, spa oteli, aero otel, linqva otel, ski otel, ağaclar üzərində otel və vyu otel tikiləcək.
2015-ci ilin 2-ci yarısında başlayacaq tikinti işlərinin 3,5 il ərzində yekunlaşması gözlənilir.
Rusiya mətbuatının məlumatına görə, “Vayd Vyu Development” şirkətinin 66,6 faizi Yaroslav Kiselyova, 33,3 faizi isə Boris Yelçinin nəvəsinə məxsusdur.
Nəvə Boris mərhum Rusiya prezidentinin kiçik qızı Tatyana Dyaçenkonun oğludur. O, Moskva Beynəlxalq Əlaqələr Universitetini (MQİMO) və ABŞ-da Braun Universitetini bitirib. Bəzi məlumatlara görə, nəvə Boris ali təhsil haqqında diplomu bu günə qədər ödəyə bilməyib. Bundan başqa, o, “Formula-1”in Rusiyadan olan komandasında marketinq üzrə direktor idi. Nəvə Boris tennis, basketbol və əlbəyaxa döyüş növləri ilə məşğul olmağı sevir.
Modern.az