Modern.az

Bakıda yol polisinin üstünə maşın sürən gənc həbs olundu

Bakıda yol polisinin üstünə maşın sürən gənc həbs olundu

Təhsil

5 Dekabr 2014, 16:23


Bakıda yol polisinə qarşı kobudluq edən sürücü həbs edilib.

Avtosfer.az-ın məlumatına görə, Səbayel Rayon Məhkəməsinin qərarı ilə Əliağa Kürçaylı barəsində 15 sutka inzibati həbs cəzası müəyyən edilib.

Sürücü Əliağa Kürçaylı məhkəmədə ifadə verərkən bildirib ki, belə bir hərəkət etməsinə səbəb «Crystall Hall»da keçirilən tədbirdir. Həmin tədbirin təşkilatçılarından biri olduğunu deyən Ə.Kürçaylı bildirib ki, əgər vaxtında ora çata bilməsəydi, tədbir pozula bilərdi.

Qeyd edək ki, "Porsche"nin gənc sürücüsü tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının eyni adlı nəvəsidir.
Nəvə Əliağa Kürçaylı idarə etdiyi "90 KF 155" dövlət nömrə nişanlı avtomobilinin fotolarını özünün sosial şəbəkədəki profilində də yerləşdirib. 

Onun ötən gün Bakının mərkəzində "Porsche"ni yol polisinin üstünə sürməsi hər kəsi şoka salıb.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı