Modern.az

“Sərdar Həmidova Milli Qəhrəman adı verilməlidir” - Milli Qəhrəmandan ÇAĞIRIŞ

“Sərdar Həmidova Milli Qəhrəman adı verilməlidir” - Milli Qəhrəmandan ÇAĞIRIŞ

Təhsil

5 Dekabr 2014, 16:45

“Sərdar Həmidov Azərbaycan üçün çox işlər görüb. Bu gün Tərtər Azərbaycan tərəfindədirsə, işğal olunmayıbsa, biz bunu Sərdar Həmidova borcluyuq. Bunu danmaq olmaz. O, icra başçısı olanda ön cəbhəyə gedib camaatı başına yığmışdı. Sərdar olmasaydı, Tərtər də Kəlbəcər, Ağdam kimi rayonlarımızın taleyini yaşayacaqdı”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov bildirib.

O, keçmiş döyüşçülərin Sərdar Həmidova Mili Qəhrəman adının verilməsi barədəki çağırışı alqışlayıb: “Məncə, bu çox gözəl çağırışdır. Çünki Sərdarın zəhməti yerdə qalıb. Ona çoxdan Milli Qəhrəman adı verilməli idi. Sərdar Həmidov bir tarixdir”.

Sərdar Həmidov 1992-ci ilin mart ayında Tərtər ərazi özünümüdafiə taborunun tərkibində əlahiddə rota yaradaraq, rayonun müdafiəsini təşkil edib, 1992-ci ilin may ayından Tərtər rayonunun müdafiə komitəsinin sədri olub. O, ərazidə yerləşən bütün silahlı birləşmələri vahid komandanlıq altında birləşdirərək uğurlu döyüş əməliyyatlarına rəhbərlik edib.

Onun döyüş yoldaşları bu yaxınlarda İTV-də Tərtərin müdafiəsinə həsr olunan veriliş efirə gedərkən Tərtər rayonunun erməni işğalçılarından qorunmasını şəxsən təşkil edən Sərdar Həmidovun haqqının tapdalandığını dilə gətirib:

“İTV-də gedən verilişdə Tərtər Özünümüdafiə Batalyonunun komandiri kimi Elman Hüseynov təqdim olunub. Lakin belə deyil. Elman Hüseynov Milli Qəhrəmandır, Allah ona rəhmət eləsin, şərəfli döyüş yolu keçib, qısa bir müddətdə də Tərtər Özünümüdafiə Batalyonunun komandiri vəzifəsini icra edib”.

Bu barədə “Yeni Müsavat” qəzetində yazı dərc edilib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı