Modern.az

Anatoli Çubaysın hər iki əli əməliyyat olunub

Anatoli Çubaysın hər iki əli əməliyyat olunub

Təhsil

5 Dekabr 2014, 16:49

“Rosnano” Açıq Səhmdar Şirkətinin baş direktoru Anatoli Çubays xarici ölkələrdən birində istirahət edən zaman hər iki əlini sındırıb. Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, hadisədən sonra xarici həkimlərin ona göstərdikləri tibbi yardım lazımi effekt vermədiyi üçün rusiyalı məmur təcili olaraq Moskvadakı özəl klinikalardan birinə çatdırılıb. Rusiyalı həkimlər müəyyən ediblər ki, xarici həmkarları Çubaysın qollarının sınması nəticəsində yerini dəyişən sümükləri yerinə bərpa etmədən gips qoyublar. Məhz buna görə bir müddət sonra onun qolunda dözülməz ağrılar başlayıb. Anatoli Çubaysın həyat yoldaşı Avdotiya Smirnovanın sözlərinə görə, gipsi yeniləndikdən sonra həyat yoldaşını xəstəxandan evə buraxıblar. Hazırda onun səhhətində heç bir problemin olmadığı bildirilir.

1955-ci ildə Belarusda yəhudi ailəsində andan olan Çubays müxtəlif illərdə Rusiya baş nazirinin birinci müavini, maliyyə naziri, Prezident Administrasiyasının rəhbəri və digər dövlət postlarını tutub. O 2007-ci ildə “Rosnano” şirkətinin baş direktoru təyin olunub.  




Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı