Modern.az

Hadi Rəcəbli seçicilərin problemlərini dinləyib - FOTO

Hadi Rəcəbli seçicilərin problemlərini dinləyib - FOTO

Təhsil

5 Dekabr 2014, 18:18


Millət vəkili Hadi Rəcəbli bu günlərdə Lənkəranda seçiciləri ilə görüş keçirib. Modern.az xəbər verir ki, seçicilərin çox saylı  müraciətləri əsasında baş tutan görüşdə deputat rayon sakinlərinin bir qrupunu qəbul edərək dinləyib.

Osakücə kənd sakini Sabir Həbibov kənd ara yollarının  təmir olunması, Gərmətük qəsəbə sakini Firəngiz Məmmədova qızının kompüter kursunda oxunmasına, Aytəkin Xəlilova işlə təmin olunmasına  köməklik göstərilməsi, Viyən kənd sakini Fərahim Əhədov, Aşagı-Nüvədi qəsəbə sakini Dilşad Nəsirova, Kərgəlan kənd sakini Səidə Hüseynova, Şıxəkəran kənd sakini Vaqif Kərimov, Şilavar kənd sakini Samirə Əliyeva  sosial yardımın alınması ilə bağlı müraciət ediblər.

Müraciət edən vətəndaşların bir qrupunun məsələsi yerindəcə öz həllini tapıb.

Sosial yardımla bağlı  ƏƏSMN-nın yerli şöbəsinin rəhbərliyi ilə  danışılıb və  müraciət edənlərə  tövsiyyə olunb ki,  sənədlərini qanunamüvafiq  hazırlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin yerli şöbəsinə təqdim etsinlər. Müraciət edənlər ölkədə gedən sosial-iqtisadi inkişafı xüsusi vurğulayaraq cənab Prezidentə  öz minnətdarlıqlarını bildirib və deputatla geniş fikir mübadiləsi də aparıblar.

Ümumilikdə gün ərzində 35 nəfər seçici və vətəndaş qəbul olunub, onların müraciətlərinə baxılıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı