Modern.az

Erməni deputat xalqını satqın adlandırdı

Erməni deputat xalqını satqın adlandırdı

Təhsil

5 Dekabr 2014, 18:30

Bu gün Ermənistanın Azadlıq meydanında keçirilən mitinqdə çıxış edən “İrs” Partiyasının sədr müavini  Armen Martirosyan erməni xalqını satqınlıqda ittiham edib.

Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, Martirosyan ölkəsinin Avropa Birliyi ilə danışıqlar aparan məqamda Avrasiya İqtisadi İttifaqına daxil olmasını və xalqın buna göz yummasını satqınlıq kimi dəyərləndirib: “Biz hamımız satqınıq. Amma bununla belə, konkret heç kəsi satqın adlandırmaq istəmirəm.

Avrasiya İttifaqına üzv olduğumuza görə hamımız günahkarıq, çünki prezident seçkilərindən sonra hakimiyyətin zəbt olunmasına imkan verdik. Parlamentdə səsvermə zamanı bütün siyasi güclər öz maraqları ilə hərəkət edirdi”.

Sonda Martirosyan mövcud hakimiyyətin dəyişməsini əsas şərt hesab edib: “Əgər biz hakimiyyəti dəyişməsək, normal xarici siyasət apara bilməyəcəyik. Bu isə Ermənistanın sonu demək olacaq!”                            

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı