
Dekabrın 5-də Təhsil Nazirliyində nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçilərinin iştirakı ilə iclas keçirilib.
Modern.az-ın məlumatına görə, iclasda son bir ildə ümumi təhsil sahəsində görülən işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə söz açan təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin idarə olunması, maddi-texniki və kadr təminatı, tədris prosesinin əlaqələndirilməsi işində əhəmiyyətli dəyişikliklərinin baş verdiyinə diqqət yetirərək, bu müsbət dinamikanın saxlanılması və islahatların davam etdirilməsinin vacibliyini qeyd edib.