
Dağıstanın paytaxtı Mahaqçqalada Federal Təhlükəsizlik Xidmətinin baş idarəsinin binasında yanğın baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, tüstü və alov o qədər güclüdür ki, şəhərin müxtəlif rayonlarından da görünür. Yerli hüquq-mühafizə orqanları sosial şəbəkədə bununla bağlı yayılan məlumatı təsdiq ediblər. Ancaq insidentin səbəbi, həlak olan, yaxud xəsarət alanlarla bağlı hələ ki mılumat verilmir.