
Yaraqlıların məhv edilməsi üçün keçirilən xüsusi əməliyyatdan sonra Çeçenistanın rəhbəri Ramzan Kadırov nazirlər, rayon rəhbərləri və güc strukturlarının rəhbərləri ilə terrorçuluğa qarşı yeni mübarizə tədbirlərindən danışıb. Modern.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, bəyan edib ki, qətllər törədən yaraqlılartın ailələri Çeçenistandan qayıdış hüququ olmadan çıxarılacaqlar:
“Mən rəsmən bəyan edirəm ki, oğullarının və qızlarının hərəkətlərinə görə valideynlərin cavabdeh olmadığını demək zamanı bitdi. Çeçenistanda cavab verəcəklər. Əgər ata oğlunun terror və vəhhabilik yolunu btutduğunu görürsə, onu ya hakimiyyətə təhvil versin, ya da başqa yolla onun qan tökməsini dayandırsın! Mən 14 polis əməkdaşının hamısının ölümünü özümə əziz adamların ölümü kimi qəbul edirəm. Onların öldürülməsinə görə sərt izahat tələb olunacaq”.
Modern.az