Modern.az

Dövlət başçısının qohumu öldürüldü

Dövlət başçısının qohumu öldürüldü

Təhsil

5 Dekabr 2014, 22:39



Dekabrın 4-də Qroznının mərkəzində keçirilən terror əleyhinə əməliyyat zamanı yaraqlılar Çeçenistanın rəhbəri Ramzan Kadırovun qohumu Umar Kadırovu da öldürüblər. Modern.az bildirir ki, bu haqda Kadırov özünün instaqram səhifəsində məlumat yayıb:

“Bu saata qədər yaxın qohumum Umar Kadırovun qəhrəmancasına ölməsi ilə bağlı bilərəkdən danışmırdım. Onun 22 yaşı vardı. Amma Allah xatirinə, öz xalqının və İslam naminə parlaq həyat yaşayıb. Beləliklə, qazavat yolunda həyatını qurban verən Kadırovlar nəslinin oğullarının uzun siyahısına daha biri də əlavə olundu”.

Qroznının bəzi yerlərində hələ də atışma səsləri eşidilir. Buhaqda yay;lan məlumatlarda qeyd edilir ki, təkcə Çeçenistanın paytaxtında yox, qonşu Şali şəhərində də atşıma səsləri eşidilməkdədir. Bu isə o deməkdir ki, Rusiya və Çeçenistan liderlərinin terror əleyhinə əməliyyatların başa çatdığını bəyan etmələrinə baxmayaraq, yaraqlıların hamısı zərərsizləşdirilməyib. Bloggerlərin bildirdiyinə görə, Qroznıda və onun ətraf ərazilərində baş verən son olaylarla bağlı rəsmi məlumat yayılmasının qarşısı alınır.

Son məlumata görə, dekabrın 4-də gecə Qroznıdakı Mətbuat Evini ələ keçirən terrorçularla atışmada güc strukturlarının 24 əməkdaşı həlak olub, bir bu qədəri yaralanıb. Yaralılardan 13-nün vəziyyətinin ağır olduğu bildirilir.


Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı