Modern.az

Azərbaycanda ananın böyrəyi 6 yaşlı oğluna köçürülüb

Azərbaycanda ananın böyrəyi 6 yaşlı oğluna köçürülüb

Təhsil

5 Dekabr 2014, 23:18

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkimləri Azərbaycan üçün nadir sayıla biləcək cərrahiyyə əməliyyatı gerçəkləşdiriblər. Belə ki, bir müddət öncə bu tibb ocağında 6 yaşlı oğlana öz anasının böyrəyi köçürülüb.

Modern.az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin sözlərinə görə, 6 yaşlı Sadiq Əbdülxaliqov bir neçə ildir xroniki böyrək çayışmazlığından əziyyət çəkirmiş. Bu səbəbdən də o, fiziki inkişafdan da geri qalırmış. Uzunmüddətli müalicələrin nəticəsiz qaldığını görən ailəsi həkimlərin məsləhəti ilə ananın böyrəyinin oğula köçürülməsinə qərar verib.

Ancaq əməliyyat çətin keçib. Belə ki, fiziki inkişafdan geri qalan və buna görə də 2 yaşlı uşaq çəkisində olan 6 yaşlı Sadiq Əbdülxaliqov üçün anasının böyrəyinin ölçüləri böyük olduğundan həkimlər qeyri-adi üsuldan istifadə ediblər. Nəql edilən böyrək uşağın qalça çuxuruna deyil, qarın boşluğuna yerləşdirilib. Əməliyyat və əməliyyatdan sonrakı müddət fəsadsız keçib. 6 yaşlı uşaq hazırda ev şəraitində müalicəsini davam etdiri və özünü normal hiss edir.

Mircəlal Kazıminin Modern.az-a bildirdiyinə görə, xəstəxananın rəsmi qiymətinə uyğun olaraq böyrək əməliyyatı 12 min manata həyata keçirilir.

Gülşən Raufqızı 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı