Dünən «Park İNN» otelində Seyyid Yəhya Bakuviyə həsr olunmuş simpozium və bədii musiqili proqram təşkil olunub.
Modern.az xəbər verir ki, mərasim TİKA-nın və Beynəlxalq İnkişaf və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib. «Azərbaycandan Dünyaya Doğan Günəş» adlı Seyid Yəhya Bakuvini anma mərasiminə yerli nümayəndələrlə yanaşı, Türkiyədən elm adamları və mütəxəssislər də qatılıb. Mrasimində müəllimlər, şagirdlər, Qeyri-Hkumət Tşkilatlarının nümayəndələri olmaqla 100 nəfər iştirak edib.Qeyd edək ki, mərasim İstanbuldan gələn musiqi qrupunun Seyid Yəhya Bakuvinin xəlvətiliyin virdi olan «Virdü-Səttarın»ı oxumaları ilə başlayıb. 20 dəqiqədən çox davam edən mahnı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Beynəlxalq İnkişaf və İşbriliyi Dərnəyinin rəhbəri Musa Sərdar Çələbi çıxışında proqramın təşkil olunma səbəblərindən söz açıb, gözləntilər baradə danışıb. Dərnəyin nümayəndəsi dr. Zülküf Oruc və Kipirin dinlə bağlı dövlət nümayəndəsi Fəxrəddin Ögdüm türk dünyasını müsəlmanların qanlarının tökülməməsi, «Dağlıq Qaraba» ərazisinin azad olunması üçün həmişə bir güc altında birləşməyə səsləyib. Proqramın simpozium hissəsində Türkiyənin Konya şəhərindən prof. Dr. Əhməd Taşqının başçılıq etdiyi iclasda, dos. dr. Mustafa Tatçı, prof. dr. Əhməd Öğkə, dos. dr. Əbdülməcit İslamoğlu, dos. dr. Səmih Ceyhan, araşdırmaçı, yazar Mahmud Şövkət Dipşar „Bakuvi“ kimi tanınan Seyyid Yəhya Şirvaninin həyatı, fəlsəfəsi, davamçıları və bu gün cəmiyyətimizdə insanlara ünvanladığı müraciətlərdən söhbət açıblar.
Qeyd edək ki, proqram musiqi qrupunun söylədiyi ilahilərlə sona çatıb. Sonda qonaqlara Seyid Yəhya Şirvaninin Firdevs Kapusuzoğlu tərəfindən yazılan „Min gəmiyə“' adlı kitabı hədiyyə edilib. Xatırladaq ki, mənşəcə Azərbaycan türklərindən olan Seyyid Yəhya Bakuvi Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusudur. Bakuvi eyni zamanda xəlvətiliyin virdi olan Virdü-Səttarın müəllifidir.
2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.

Məltəm TALIBZADƏ