
“İstər Müsavat Partiyasının, istərsə də AXCP-nin daxilində bölünmə və parçalanmalar var. İlk növbədə həmin partiyaların rəhbərliyi çalışmalıdır ki, daxildə bütövlük olsun. Bundan sonra kimsə onları barışdırmaq haqqında düşünə bilər”. Bunu Modern.az saytına Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı deyib. O, AXCP-Müsavat qalmaqalına münasibət bildirərkən qeyd edib ki, hər iki partiyanı barışdırmaq barədə təşəbbüs etmək niyyəti yoxdur: “Mənim nə belə təşəbbüsüm, nə də niyyətim olub”.
Deputat vurğulayıb ki, AXCP və Müsavat Partiyası arasında və onların öz daxilində baş verən proseslərə təəssüflənir. Onun sözlərinə görə, hər hansı bir müxalifət partiyasının zəifləməsi bütövlükdə müxalifətin ziyanınadır. Sabir Rüstəmxanlının fikrincə, müxalifət zəiflədikcə, partiyalara təzyiqlər də artır.
Aqşin Kərimov