Modern.az

Deputat növbəti dəfə fermerlərlə görüşdü - FOTO

Deputat növbəti dəfə fermerlərlə görüşdü - FOTO

Təhsil

6 Dekabr 2014, 12:04



Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  Lənkəranda  aqrar sahədə fəaliyyət göstərən bir qrup seçicisi ilə təsərrüfat sahəsində görüşüb.

Millət vəkili fermerlərin qış qayğıları ilə maraqlanıb, onların arzu və təkliflərini dinləyib, özünün bir sıra tövsiyyələrini verib.

Bildirib ki, bu il keçrilən müşavirələrdə Prezident İlham Əliyev kənd təsərrüfatı işçiləri qarşısında mühüm vəzifələr qoyub və onlar üçün hər cür şaraitin yaradılması əlaqadər təşkilatlara bir vəzifə kimi tövsiyyə olunub.
Bu gün “Aqrolizinq” təşkilatları tərəfindən texnikaların 40% güzəştlə verilməsi, pul-kredit bazarında kənd təsərrüfatı işləri ilə məşğul olanlar üçün yaradılmış şərait xüsusi vurğulanıb. Kənd təsərrüfatı nazirinin bu günlərdə rayonda olması, vətəndaşları qəbul edərək dinləməsi, onların arzu və istəkləri ilə maraqlanması aqrar sahə ilə məşğul olan insanları bu işlərin daha da canlandırılmasına sövq edir.
 Çıxışları zamanı Aşagı Nüvədi qəsəbə sakini Səxavət Əliyev, uzun illər kənd təsərrüfatı işləri ilə məşğul olmuş  Cəmilə Əliyeva və Gərmətük qəsəbə sakini Zahirə Məmmədova rayonun az torpaqlı region olmağını nəzərə  alaraq, burada kooperativlərin yaradılmasını dilə gətiriblər. Vurğulayıblar  ki, bu gün dövlət tərəfindən yaradılmış şərait və Rusiya bazarlarına kənd təsərrüfatı məhsullarının maneəsiz  çıxarılması onları həvəsləndirir, rayonda tərəvəzçiliyin inkişaf etdirilməsi üçün stimul yaradır.

Görüş zamanı fermerlər rayonda və respublikada sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitə görə razılıq edib, bu diqqət  və qayğı  üçün  ölkə başçısına  öz dərin minnətdarlıqlarını bildiriblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı