Modern.az

“Azərbaycan “böyük qardaşa” əlvida deyib”

“Azərbaycan “böyük qardaşa” əlvida deyib”

Təhsil

6 Dekabr 2014, 12:13


“Azərbaycanın xarici siyasətində köklü dəyişiklik baş verməyib. Azərbaycan öz xarici siyasət strategiyasını davam etdirir, bütün ölkələrlə tərəfdaşlıq, qarşılıqlı maraqlar çərçivəsində münasibətlərini qurur”.

Bunu Modern.az saytına açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycanla Qərb dövlətləri arasında əlaqələrin gərginləşməsi barədə fikirləri şərh edərkən deyib.  

Onun sözlərinə görə Azərbaycan Avropa Birliyi, ABŞ və Rusiya ilə qarşılıqlı maraqlar əsasında normal münasibətləri, əlaqələri genişləndirmək istəyir.  

Asim Mollazadənin fikrincə, Azərbaycan bərabər tərəfdaşlıq istiqamətində addımlar atsa da, bəzi dövlətlər təzyiq mexanizmlərini işə salmaq istəyirlər.

“Azərbaycanın istəyi hüququn aliliyi, beynəlxalq hüquq normalarına riayət etməkdən ibarətdir. Beynəlxalq təşkilatların qərarlarının icrası Azərbaycan üçün çox önəmlidir. Azərbaycan üçün müstəqillik amili çox əhəmiyyətlidir. Azərbaycan heç vaxt imkan verməyəcək ki, hansısa ölkələr ona “böyük qardaşlıq” etsin. Bu, bizim üçün çox həssas məqamdır. Biz Sovet İttifaqından ayrılaraq “böyük qardaşa” əlvida demişik”,-deyə deputat şərh edib.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı