Modern.az

Akif Nağı: “Qarabağla bağlı təşkilatlar bir-birinə həyan olmalıdırlar”

Akif Nağı: “Qarabağla bağlı təşkilatlar bir-birinə həyan olmalıdırlar”

Təhsil

6 Dekabr 2014, 12:41

“Qarabağ Azadlıq Hərəkatını kimlərin yaratması, təşəbbüskarın kim olması barədə məlumatım yoxdur. Çox istəyərdim ki, kim olduğunu bilim”. Bunu Modern.az-a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

O, yeni yaradılan hərəkata uğurlar arzulayıb: “Qarabağla bağlı yaranan istənilən təşkilatı alqışlayırıq. Sayının az və çox olmasına baxmayaraq, Qarabağla bağlı nəsə iş görmək istəyirlərsə, bunu ancaq alqışlamaq olar. Hesab etmirik ki, yeni yaranan Qarabağ Azadlıq Hərəkatı Qarabağ Azadlıq Təşkilatına alternativ yaranıb. Elə QAT-ın ilkin adı Qarabağ Azadlıq Hərəkatı olub. 1993-cü ildə Qarabağ Azadlıq Hərəkatını təşkil etmişdik. Həmsədrlərindən biri də mən idim. 1996-cı ildə Ədliyyə Nazirliyi hərəkatın qeydiyyatını ləğv etdi. Bir neçə dəfə cəhd etdik, nəhayət, 2000-ci ildə Qarabağ Azadlıq Təşkilatı təşkil etdik. Yenə deyirəm, təki Qarabağ Azadlıq Hərəkatı təki xoş niyyətlə yaradılsın. Qarabağla bağlı təşkilatlar bir-birinə həyan olmalıdırlar, bir-birlərinə alternativ yox. Ancaq bir yerdə bir məqsədə, bir amala xidmət etməlidirlər. Onlara uğurlar arzulayıram. Bizim də fəaliyyətimizdən narazılıq edənlər var. Mən də fəaliyyətimizdən narazıyam. Ona görə də hər kəsin nəyisə bəyənib-bəyənməyəyə haqqı var”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı