
Astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli Modern.az saytına verdiyi geniş müsahibədə gələn il üçün bir sıra maraqlı astroloji proqnozlar səsləndirib. Onların bir qismi də 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları və Azərbaycanı əhatə edəcək parlament seçkiləri ilə bağlıdır:
“Azərbaycanda gələn ilin aktiv hadisələri bildiyimiz kimi I Avropa Olimpiya Oyunları, bir də parlament seçkiləridir. Bəribaşdan deyim ki, hər ikisi baş tutacaq. Avropa Olimpiya Oyunları yüksək səviyyədə təşkil olunacaq. Terror təxribatı-filan olmayacaq. Parlament seçkiləri yenə də öz vaxtında keçiriləcək. Namizədlərin kimlər olacağı hələ bilinmədiyindən mən indidən proqnoz verə bilmərəm ki, kimlər seçiləcək, kimlər yox. Amma hazırki deputataların ən azı 40 faizi yenilənəcək”.

Müsahibənin tam variantını tezliklə Modern.az-da oxuya biləcəksiniz.
Elmin NURİ