Dekabrın 4-də Təhsil Nazirliyi və Qızıl Aypara Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumu təhsil naziri Mikayıl Cabbarov və cəmiyyətinin prezidenti, deputat Novruz Aslanov imzalayıblar.
Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə Modern.az-a memorandum barədə məlumat verib: “Memorandumda nəzərdə tutulan əsas məsələ təhsil ocaqlarında beynəlxalq humanitar hüququn yayımı, Qızıl Xaç Aypara Hərəkatının fundamental prinsiplərinin təbliği, xeyirxahlıq, insansevərlik ənənələrinin gənclərə aşılanmasıdır. Bundan əlavə, sənəddə təhsil ocaqlarında həkiməqədərki ilk yardım xidmətlərinin göstərilməsi, könüllülərin Qızıl Aypara Cəmiyyətinin humanitar tədbirlərinə cəlb olunması da qeyd olunur. Ümumiyyətlə, bu iş çoxşaxəlidir”.
Qafar Əsgərzadə deyib ki, humanitar sahədə təhsil alan aztəminatlı ailələrdən ona gənclər üçün yay düşərgələri təşkil ediləcək.
Namidə BİNGÖL