Modern.az

Haitidəki nümayişçilər Putindən kömək istədilər - FOTOLAR

Haitidəki nümayişçilər Putindən kömək istədilər - FOTOLAR

Təhsil

6 Dekabr 2014, 21:10

Haitinin paytaxtı Port-o-Prensedə hakimiyyətə etiraz edən on minlərlə nümayiş iştirakçısı Rusiya prezidenti Vladimir Putindən yardım istəyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilər ABŞ-ı Haitinin indiki hakimiyyətini dəstəkləməkdə ittiham edir və ölkə prezidenti Mişelya Martellinin, eləcə də baş nazir Lorana Lamotanın istefasını tələb edirlər.

Aksiyanın bir sıra iştirakçısı hesab edir ki, Rusiya lideri onları müdafiə etmək gücündədir. Teleradiokorporasiyalarının jurnalistləri qeyd edirlər ki, nümayişçilər əllərində Putinin portretlərini də tutublar. Rusiya prezidentinin fotosu olan plakatlarda yazılıb: “Vladimir Putin, xahiş edirik, bizə kömək edin!”


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı