Modern.az

“Əl-Qaidə”nin ən çox axtarılan üzvü məhv edildi

“Əl-Qaidə”nin ən çox axtarılan üzvü məhv edildi

Təhsil

6 Dekabr 2014, 22:00

Pakistan hərbçiləri dekabrın 6-da “Əl-Qaidə” qruplaşmasının ən çox axtarılan terrorçusunu məhv ediblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Adnan əl-Şukridcuma adlı terrorçu Pakistanın şimal-qərbindəki Vəziristan regionunda, Əfqanıstanla sərhəddə öldürülüb. Əməliyyat zamanı daha iki yaraqlının məhv edildiyi bildirilir.

Öldürülən terrorçu ABŞ-ın maraqlarının əleyhinə terrorların təşkilatçılığında iştirak edib. ABŞ hökuməti onu məhv edənin 5 milyon dollar mükafatlandırılacağını açıqlamışdı.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!