Modern.az

“Partiyalardan gedənlərə “Xalq Arzusu”nda yer yoxdur” - AÇIQLAMA

“Partiyalardan gedənlərə “Xalq Arzusu”nda yer yoxdur” - AÇIQLAMA

Təhsil

8 Dekabr 2014, 12:20


“Təşkilatın milli ideologiya ətrafında fəaliyyət göstərməsi bizim üçün prioritetdir. Biz cəmiyyətdə vahid komanda ilə təşkilat modeli ortaya qoymaq istəyirik. Biz şəxsiyyət ətrafında yox, ideologiya ətrafında birləşmək istəyirik”. Bunu Modern.az saytına “Xalq Arzusu Hərəkatı”nın rəhbəri Asəf Quliyev deyib.

  O, rəhbəri olduğu təşkilatın gələcək planlarından danışarkən bildirib ki, bütün fəaliyyətlərini “millət və dövlət” şüarı üzərində quracaqlar. Onun sözlərinə görə, hazırda “Xalq Arzusu Hərəkatı”nın ümumi təşkilatlanma prosesi gedir. Asəf Quliyev texniki problemlərin olduğunu da qeyd edib: “Hələlik ofisimiz yoxdur. Ofis üçün bir neçə yerə baxmışıq. Ancaq münasib yer tapa bilməmişik. Yəqin ki, yaxın günlərdə ofis problemini həll edəcəyik”.  

Təşkilat sədri onu da bildirib ki, qurultaydan sonra Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət ediləcək. Lakin Asəf Quliyev qurultayın vaxtının bəlli olmadığını söyləyib.  

Qurum rəhbəri təşkilata üzvlük prosedurları ilə bağlı da maraqlı açıqlama verib: “Açığını deyim, başqa partiyaları, təşkilatları tərk edənlər “Xalq Arzusu Hərəkatı”na üzv olmaq üçün bizə müraciət ediblər. Amma onları qəbul etməmişik. Biz təşkilatı partiyalardan gedənlərin hesabına qurmaq fikrində deyilik. Yeni fikirli insanlarla bir araya gəlmək istəyirik”.  

Asəf Quliyev 2013-cü il prezident seçkisi ərəfəsində Milli Şuradan və AXCP-dən istefa verdiyini bəyan edib. Bundan bir müddət sonra “Xalq Arzusu Hərəkatı” adlı qurum yaradıb.     

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı