Modern.az

Siyasi öncəgörən proqnoz verdi: “Əli İnsanov 2015-ci ildə əfv olunacaq”

Siyasi öncəgörən proqnoz verdi: “Əli İnsanov 2015-ci ildə əfv olunacaq”

Təhsil

8 Dekabr 2014, 13:36

“2015-ci ilin mart ayına kimi böyük əfv sərəncamı, amnistiya gözlənilir”. Bunu  Modern.az-a açıqlamasında siyasi öncəgörən, Nadim Alexanov deyib. Onun sözlərinə görə, 2015-ci ildə gözlənilən əfvlər arasında heç kəsin gözləmədiyi məhkumlar azadlığa çıxacaq:

“Mən 2015-ci ildə bir sıra tanınmış məhkumların da əfv olunacağını hiss edirəm. Əli İnsanov 2015-ci ildə əfv olunacaq. Leya və Arif Yunusların işləri bir az uzanacaq. Hazırda Leyla Yunusun çox xəstə olduğunu bildirirlər. Amma onun səhhəti ilə bağlı qorxulu problem yoxdur. Buna baxmayaraq, hakimiyyət Leyla Yunusu xəstəliyindən dolayı əfv edəcək. Bunun 2015-ci ildə məhz hansı aya təsadüf edəcəyini söyləmək olaz. Amma bu gələn il olacaq”.

Nadim Alixanov Xadicə İsmayilla da bağlı danışıb: “Gələn il Xədicə İsmayilovanın adı çox hallanacaq”.


Ülkər Musazadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı