Modern.az

Qubada Dağ Yəhudiləri İcmasının rəhbərinin evinə basqın edən 5 nəfər tutulub

Qubada Dağ Yəhudiləri İcmasının rəhbərinin evinə basqın edən 5 nəfər tutulub

Təhsil

8 Dekabr 2014, 13:41

2014-cü il dekabrın 6-da saat 06 radələrində üzlərinə maska taxmış 3 naməlum şəxs qanunsuz yolla Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin  evinə daxil olaraq onu  və bacısı Lizanı soyuq silahla hədələyib müxtəlif dərəcəli bədən xəsarətlər yetirib, mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk ediblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq)  maddəsi ilə cinayət işi başlanıb.

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cinayətin “isti izlər”lə açılmasını təmin etmək məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törədənlər - Eldar Avadyayev, Xalid Seyidov, Türkanə Rəhimova, Turac Vəliyev və Əfqan İbrahimov polis əməkdaşları tərəfindən tutulublar. 

Evdən aparılan pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı