Modern.az

Təhsil Nazirliyi kənd məktəblərinə göndərilən gənc müəllimlərin sayını açıqladı

Təhsil Nazirliyi kənd məktəblərinə göndərilən gənc müəllimlərin sayını açıqladı

Təhsil

8 Dekabr 2014, 14:50


“Cari dərs ilində kənd məktəblərinə 1405 nəfər gənc mütəxəssis göndərilib”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Nazirlik həmçinin gənclərin çoxluq təşkil etdiyi bölgələrin adlarını da açıqlayıb.

Məlumatda bildirilib ki, göndərilən gənc mütəxəssislərin sayı Lerik, Quba, Cəlilabad, Gədəbəy, İsmayıllı, Şamaxı, İmişli, Daşkəsən rayonlarında daha çox olub.

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz