Modern.az

Qorbaçov: “Yeltsin SSRİ-nin dağılması ilə bağlı razılaşmanı imzalayan kimi Buşa zəng edib”

Qorbaçov: “Yeltsin SSRİ-nin dağılması ilə bağlı razılaşmanı imzalayan kimi Buşa zəng edib”

Təhsil

8 Dekabr 2014, 15:47


SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov 1991-ci il dekabrın 8-də Belovejsk razılaşması barədə xəbərsiz olduğunu deyib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müsahibələrindən birində eks-prezident Boris Yeltsinin Belarusa səfəri öncəsi ona, sadəcə ikitərəfli danışıqlar aparmaq üçün yollandığını deyib. Lakin artıq dekabrın 8-də Rusiya, Ukrayna və Belarus prezidentləri SSRİ-ni ləğv edən və MDB-nin yarandığın elan edən müqavilənin imzalandığını eşidib:

“Belovejsk müqaviləsini imzaladıqdan sonra Yeltsin öncə Buşa, daha sonra mənə zəng vurdu. Hər şeyi gizli etmişdi”.

Qorbaçov onu da deyib ki, Yeltsin danışıqlar üçün Belarusa gələn zaman ukraynalılar müstəqilliyin qəti tərəfdarları kimi çıxış ediblər və ittifaqın özünü doğrultmadığını deyiblər:

“Mən dövlətin mövcudluğunu saxlamaq barədə düşünürdüm və buna görə digər dövlət başçılarının da bunu dəstəkləməsini gözləyirdim. Amma bu zaman ittifaqın dağılması üçün gizli iş görülürdü”.

Mixail Qorbaçov MDB-nin yaradılmasını özünə qarşı təxribat kimi dəyərləndirir və dövlət başçısı postundan istefa verməsini doğru addım sayır: “Mən bütün dövləti, bütün xalqı vətəndaş müharibəsi ilə üz-üzə qoya bilməzdim. Xüsusən, silahla, nüvə silahı ilə dolu olan bizim ölkədə”.

23 il əvvəl bu gün Ukrayna, Rusiya və Belarus prezidentləri Sovet İttifaqının mövcudluğuna son qoyan və MDB-nin yaradıldığını rəsmiləşdirən Belovejsk müqaviləsini imzalayıblar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı