Modern.az

Deputat Strasburqa gedir

Deputat Strasburqa gedir

Təhsil

8 Dekabr 2014, 14:52

Dekabrın 10-11-də Strasburqda İdman tədbirlərində, xüsusilə futbol oyunları zamanı tamaşaçı zorakılığı və pis rəftar mövzusuna həsr olunmuş 39-cu iclas keçiriləcəkdir. Avropa Şurasının təşkil etdiyi bu tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev iştirak edəcəkdir. İclasda idman tədbirləri zamanı tamaşaçı zorakılığı və pis rəftarın qarşısının alınması ilə bağlı bu vaxta qədər görülmüş işlər və bundan sonra həyata keçiriləcək tədbirlər barədə müzakirələr aparılacaq, bu barədə tədbir iştirakçılarının fikirləri dinləniləcəkdir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!