Modern.az

Şəhidliyi erməni əsirliyindən üstün tutmuş azərbaycanlı müəllimə - Səma Kərimova anıldı - FOTOLAR

Şəhidliyi erməni əsirliyindən üstün tutmuş azərbaycanlı müəllimə - Səma Kərimova  anıldı - FOTOLAR

Təhsil

8 Dekabr 2014, 16:20


Dekabrın 7-də Yeni Günəşli qəsəbəsində, Laçın camaatının mərasim evində “Laçın və laçınlılar” facebook qrupunun admınləri Ramin Cəbrayıl, Orxan Cəbrayıl və Söhrab Həsənovun təşkilatçılığıyla 1993-cü il martın 31-də - Kəlbəcərin işğalı zamanı 1 yaş 6 aylıq körpəsi Nurlanə ilə  birgə ermənilərə əsir düşmüş və  həmin il mayın 15-də Xankəndində erməni əsirliyindən qayıtmağı Azərbaycan xanımına layiq bilməyərək özünü  şəhid etmiş Səma Aydın qızı Kərimovanın xatirəsinə həsr edilmiş  anım tədbiri keçirilib.
Şəhidin  anası Sevda Kərimova, bacısı Səbinə Kərimova və körpə yaşında erməni əsirliyində daşnak cəlladların qəddarlığı nəticəsində görmə qabiliyyətini itirmiş Nurlanə Hümbətovanın qatıldığı  mərasimdə  Laçın rayon ziyalıları ilə yanaşı, bir sıra Qarabağ döyüşçü və əlil təşkilatlarının, qadın qurumlarının nümayəndələri, yazar və jurnalistlər iştirak ediblər.  
Tədbirin ən yaddaqalan və təsirli epizodu Vətən, xalq, namus yolunda canına qıymış xanım şəhidin müəllimi Əyyub İsmayılovun və  Laçında Səma Kərimovanın dərs vermiş olduğu şagirdləri Ramil və Orxan Cəbrayıl  qardaşlarının çıxışı olub.

Mərasimin sonunda  erməni vəhşiliyi ucbatından anası ilə bərabər hər iki gözünün nurunu da itirmiş  Nurlanənin  beynəlxalq ictimaiyyətə, ölkəmizdəki xarici ölkə səfirliklərinə və Ermənistan prezidenti SerjSərkisyana ünvanlanmış  qəlbləri göynədən müraciəti Xatirə Laçının ifasında oxunub.
“Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədlinin apardığı mərasimin sonunda  türk-müsəlman, Azərbaycan  qadınının   bir qəhrəmanlıq təcəssümü olan şəhid Səma Kərimovanın  adının paytaxt küçələrindən birinə verilməsi, eləcə də heykəl, yaxud büstünün qoyulması xahişi ilə hökumət orqanlarına müraciət etməyi qərara alıblar.









Sultan Laçın

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı