Yerevandakı “Nairit” zavodunun yüzlərlə işçisi bu dəqiqələrdə yürüş edərək Nazirlər Kabinetinin binası önündə toplaşıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları baş nazir Ovik Abramyanla görüş tələb edirlər. Onlar hökumət başçısı ilə görüşmədən heç yerə getməyəcəklərini bəyan edirlər: “Bizim hamımıza əmək müqaviləsinin dayandırılması ilə bağlı bildiriş yollayırlar. Əmək haqqımızı almadan onu imzalamayacağıq. Niyə Tiqran Sərkisyanın qardaşı 47 milyon dram alıb getməlidir, bizə isə aylarla maaş verilmir”.
Məlumatda qeyd edilir ki, aksiya iştirakçıları “baş nazir, baş nazir”, “rüsvayçılıq, rüsvayçılıq” deyə qışqırırlar. Qeyd edək ki, “Nairit” kimya zavodunun 2300 işçisi var. Onlar 16 aydır əmək haqqı ala bilmirlər.




