Modern.az

Milli Ordunun hərbçiləri minaya düşdü - biri həlak oldu, digəri yaralandı

Milli Ordunun hərbçiləri minaya düşdü - biri həlak oldu, digəri yaralandı

Təhsil

8 Dekabr 2014, 17:56

Azərbaycanın iki hərbçisi minaya düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub.
Digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şahvələdov Eşqin Alı oğlu isə yaralanıb.
Yaralı əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib.
Hazırda əsgərin vəziyyəti kafidir, o həkimlərin nəzarəti altındadır.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı