Modern.az

Ermənistan ordusu cəbhədə itki verdi

Ermənistan ordusu cəbhədə itki verdi

Təhsil

8 Dekabr 2014, 18:12

Erməni silahlı qüvvələri cəbhə xəttində növbəti dəfə itki veriblər. Modern.az saytı xəbər verir ki, Ermənistan mətbuatı həlak olan hərbi qulluqçunun qondarma “Dağlıq Qarabağ Respublikası”nın əsgəri olduğunu qeyd ediblər. Hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin şərq istiqamətində baş verib.

1995-ci il təvəllüdlü Qarik İspiryan adlı hərbi qulluqçunun Azərbaycan tərəfdən açılan atəş nəticəsində həlak olduğu bildirilir. Erməni tərəfi Azərbaycan Ordusunun da itki verdiyini iddia edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Modern.az-a verilən açıqlamada bildirilib.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin guya cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu Ermənistan Silahlı Qüvvələri bölmələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır.
Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı