Nobel mükafatı laureatı, tanınmış yazıçı Orxan Pamukun növbəti müsahibəsi Türkiyədə böyük tənqidlə qarşılanıb. Modern.az-ın verdiyi xəbərə görə, “Hürriyyət” qəzetinə müsahibəsində Orxan Pamuk hakimiyyəti söz azadlığını məhdudlaşdırmaqda qınayıb: “Mənim çoxsaylı jurnalist dostum mövqelərinə görə işdən çıxarılıb. Mən elə bir ölkə görmürəm ki, orada bu qədər jurnalist işini itirsin. İkincisi, ən pisi odur ki, Türkiyədə vahimə atmosferi hökm sürür. Hamı qorxur, mən bunu görürəm. Təəssüf ki, indi Türkiyədə söz azadlığı çox aşağı səviyyədədir”.
Modern.az