Modern.az

Hakim partiyanın keçmiş deputatı tutuldu

Hakim partiyanın keçmiş deputatı tutuldu

Təhsil

8 Dekabr 2014, 20:54


Prezident Rəcəb Tayyib Ərdoğana Twitter hesabından təhqir etdiyi iddia edilən keçmiş deputat Feyz İşbaşaran məhkəmədə həbs olunub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  Anadolu Məhkəməsində haqqındakı bir yaxalama qərarı ilə əvvəlki gecə nəzarətə alınan keçmiş deputat Feyz İşbaşaran Bəyoğlu Polis Mərkəzində prezident Rəcəb Tayyib Ərdoğanı Twitter üzərindən təhqir edib.

Ərdoğanın vəkillərinin şikayəti əsasında haqqında prezidenti təhqir etdiyinə görə cinayət işi açılan İşbaşaran bu gün  səhər saatlarında Çağlayandaki İstanbul Ədliyyəsinə gətirilib. Burada mətbuat cinayətləri prokuroru Vedat İgid tərəfindən ifadəsi alınan keçmiş vəkil Türkirə Cinayət Məcəlləsinin 299-cu maddəsi əsasında “Prezidenti hədsiz təhqir etmək” cinayətiylə həbs olunması tələbi ilə növbətçi 5-ci Sülh Cəza Məhkəməsinə sövq edilib. İşbaşaran həbs olunaraq həbsxanaya göndərilib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı