İsrailin hava zərbələrinin əsas məqsədinin Rusiyadan Şama gətirilən S-300 raket komplekslərini məhv etmək olduğu bildirilib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədə yayımlanan “Əl-Qüds Əl-Ərəbi” qəzeti bu iddia ilə çıxış edib.
Məlumata görə Şam hava limanına yerləşdirilən S-300-lərin Livandakı Hizbullah təşkilatına təhvil verilməsi planlaşdırılıb. Suriya hökuməti isə bildirib ki, İsrailin hava zərbələri Suriyanın İŞİD-ə qarşı apardığı əməliyyatları zəiflətmək məqsədi daşıyıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Suriya xarici işlər naziri Valid Muallimlə Soçidə görüşəndən sonra S-300-lərin Şama verilməsi haqqında iddialar ortaya çıxmışdı.
Modern.az