Ənvər Paşanın nəvəsi Osman Mayatepek Alanyanın Braziliya Fəxri Konsulu olub. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Osman Mayatepek bununla bağlı açıqlama verib:
“Önəmli olan ilk dəfə Alanyada Cənubi Amerika diplomatik missiyasının açılmasıdır. Məqsədimiz mədəni, ticari və turizm əlaqələrini genişləndirməkdir. Alnayda dəstək görsəm, əsasən turizm sahəsində yeni inki.af ola bilər”,-deyə Ənvər Paşanın nəvəsi bildirib.Qeyd edək ki, Osman Mayatepek 1950-ci ildə İsveçrədə doğulub. O, Ənvər Paşanın qızı Türkanın oğludur. O, 1983-cü ildən etibarən Türkiyədə yaşayır.
Modern.az