Modern.az

Ermənilər Xocalıda ekokənd yaradırlar

Ermənilər Xocalıda ekokənd yaradırlar

Təhsil

9 Dekabr 2014, 11:09


Qarabağ separatçıları Azərbaycanın işğal altındakı torpaqlarında ekokənd yaratmaq niyyətindədirlər. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qarabağa səfər edən erməni əsilli rusiyalı biznesmen Ruben Vardanyan Xocalının Təzəbinə kəndində turizmi inkişaf etdirmək üçün ekokənd yaratmaq niyyətində olduğunu deyib. O, bunun üçün tələb olunan bütün maliyyə xərclərini öz üzərinə götürəcəyini bəyan edib. Vardanyan ekokənd yaratmaqla xarici, ilk növbədə rusiyalı turistlərin Dağlıq Qarabağa kütləvi axınını təmin etmək niyyətində olduğunu da deyib.

Ermənilərin Noraqyux adlandırdıqları Təzəbinə kəndi Azərbaycanın işğal altIndakı Xocalı rayonunun inzibati ərazisidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı