Modern.az

Badamdarda yaşayan məcburi köçkünlərin şikayəti var - FOTOLAR

Badamdarda yaşayan məcburi köçkünlərin şikayəti var - FOTOLAR

Təhsil

9 Dekabr 2014, 14:01


Badamdardan aşağıda, “Sədərək” və “Meyvəli” ticarət mərkəzinə gedən dairəvi yolun yaxınlığında məcburi köçkünlərin məskünlaşdığı ərazilərdəki böyük çənlər aidiyyatı orqanlar tərəfindən sökülür. Bu haqda Modern.az-a köçkünlər məlumat veriblər. Şikayətçilərin sözlərinə görə, evlərin 2-3 metrliyində yerləşən çənlərin sökülməsi köşkünlərin öz zəhməti hesabına tikdiyi binalara zərər yetirəcək. Bundan əlavə, onlar həmin çənlərdən müxtəlif məqsədlərlə də istifadə edirlər. Köçkünlər yaşayışı təmin etmək üçün o çənlərin içində mal-qara saxlayır. Bəziləri isə o çənlər hesabına məişət tələbatlarını təmin edir. Qış mövsümündə çənlərin sökülməsi isə sakinlərə birə beş ziyan vuracaq.

Şikayətçilər bu işdən qəti narazıdırlar, prezidentə açıq məktubla müraciət etmək istəyirlər.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz