Modern.az

Rektor tələbələrlə görüşüb - FOTO

Rektor tələbələrlə görüşüb - FOTO

Təhsil

9 Dekabr 2014, 16:10

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov dekanların və struktur rəhbərlərinin iştirakı ilə I-IV kurs tələbələrinin sinif nümayəndələri ilə böyük akt zalında görüşüb. Modern.az xəbər verir ki,  2015-ci ilin iyun ayında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi səbəbilə bütün təhsil müəssisələrində tədris prosesinin və imtahan sessiyasının 2015-ci il may ayının 31-də başa çatdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubunu tələbələrin diqqətinə çatdırıb. Məktuba əsasən rektor dərslərin 26.12.2014-cü il tarixində bitməsi, qış imtahan sessiyasının 3 həftə davam etməsi və qış tətilinin 1 həftə olması barədə qrafiklə tələbələri məlumatlandırıb.

BDU-da imtahan qrafikinin sıxlığını və tələbələrin çoxsaylı müraciətlərini nəzərə alaraq rektor imtahan suallarının qismən azaldılması, imtahanlar arasında günlərin sayının normativə uyğun müəyyən edilməsi üçün əlavə olaraq həftənin 6-cı günü də  imtahanlar salınması, tələbələrin ərizələri əsasında dekabrın 25-27-sində sessiyadan əvvəl başa çatmış fənlər üzrə imtahanların keçirilməsi, davamedici olmayan fənlər üzrə alt qrupda imtahanlar növbəti semestrin birinci həftəsində keçirilə biləcəyi barədə məlumatı , kafedralar üzrə məsləhət saatları təşkil olunması, həmçinin yeni tələblərə uyğun tərtib edilmiş imtahan suallarının tələbələrə vaxtında paylanması haqqında göstərişlər verib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb. 


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı